ABŞ İrana cavab hazırlayır — Pompeo

SİYASƏT 12 may 2019, 13:41

ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun İranın düşmən hərəkətlərinə yol verəcəyi təqdirdə tədbirlər hazırlayır. 


Demokrat.az xəbər verir ki, bu barədə CNBC məlumat verir. 


“Prezident Tramp (Donald) bunu aşkar bildirib. Bizim cavabımız adekvat olacaq. Bizim məqsədimiz müharibə deyil, İran rəhbərliyinin rəftarını dəyişməkdir ”, - deyə Pompeo bildirib. 


Onun sözlərinə əsasən ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini İrana görə gücləndirir. Lakin o, ABŞ-ın İranla danışıqlara açıq olduğunu da əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top