Türkiyədə "Heydər Əliyev və Türk Dünyası" adlı konfrans keçiriləcək

MARAQLI 09 may 2019, 16:53

Mayın 10-da Türkiyənin Kocaeli şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Heydər Əliyev və Türk Dünyası" adlı konfrans keçiriləcək. 


Demokrat.az xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunacaq tədbirdə Türkiyə və Azərbaycandan tanınmış ziyalılar və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. 


Tədbir Türkiyə vaxtı ilə saat 18:00-da Kocaeli şəhərində yerləşən heydər Əliyev adına Mədəniyyət Evində təşkil olunacaq. 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top