"İnam Kərimov Azərbaycan vətəndaşlarına ən çox və keyfiyyətli xidmət edən məmurlardan biridir"

MARAQLI 06 may 2019, 14:21

Ötən ay Meydan TV-nin rəhbəri postundan istefa verən Emin Milli Kənd Təsərrüfatı naziri İnam Kərimov və keçmiş səhiyyə naziri Əli İnsanov haqqında sensasion məlumat paylaşıb.

 
Demokrat.az xəbər verir ki, Feysbuk hesabında İnam Kərimovu Azərbaycana keyfiyyətli xidmət edən məmur kimi təqdim edən Emin Milli Əli İnsanovun səhiyyəmizi məhv edən nazir kimi yaddaşda qaldığını qeyd edib.

 

Картинки по запросу Emin Milli


“İnam Kərimov həm Azərbaycan dövlətinə, həm Azərbaycan vətəndaşlarına və cəmiyyətimizə ən çox və keyfiyyətli xidmət edən məmurlardan biridir. ASAN eksperimenti göstərdi ki, İnam Kərimov kimi məmurlara iş tapşıranda və siyasi olaraq onun arxasında duranda, Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək olar. Belə məmurların sayı hökumətin içində ən yüksək vəzifələrdən tutmuş ən kiçik vəzifələrə qədər artsa, bu həm hökumətin, həm də bütün xalqın xeyrinə olacaq.

 
Amma belə məmurların məmur kimi qazandıqları inamı, etibarı və hörməti Əli İnsanov kimi mənasız insanlara xərcləməsi lazım deyil. Əli İnsanov Azərbaycan səhiyyəsini məhv edən bir insandır. Onun nə tip insan olduğunu bütün xalq bilir. Əli İnsanovun dərdini indi müxalifət çəkməlidir. İnsanov səviyyəsində olan bir insanla görüşmək, bir sırada durmaq belə iyrəncdir”.

 

Картинки по запросу İnam Kərimov fermer

 
Qeyd edək ki, ötən gün İnam Kərimov Əli İnsanovun öz-özü ilə mübarizə apardığını, Heydər Əliyevin ruhuna xəyanət etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top