Ramil Usubov Şeyxin bacısıoğluna vəzifə verdi

MARAQLI 03 may 2019, 16:29

Daxili işlər orqanlarında yeni təyinat olub.


Demokrat.az ONA-ya istinadən xəbər verir ki,  bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 


Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.


Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısıoğludur.


Xatırladaq ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top