"Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar" — Komitə sədri

MARAQLI 03 may 2019, 15:35

“Bəşəriyyət artıq elə bir mərhələyə qədəm qoyub ki, biz multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edirik”.


Demokrat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.


Komitə sədri bildirib ki, multikultural dəyərlər yeni ideyalar deyil: 


“Xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər. Lakin multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti artır”.


M.Qurbanlı qeyd edib ki, Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar: 


“Onu da xatırladım ki, bu gün ölkədə 2500-dən çox məscid, 33 qeyri-müsəlman dini icmalar var”.


Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə bildirib ki, Azərbaycanda bütün milli azlıqlar özlərini yad hiss etmirlər: 


“Bu siyasi xətt Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Azərbaycan multikulturalizmi ilə bağlı uzun danışmaq olar. Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan insanlar üçün mayak kimi işıq saçır”.(Report)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top