"Mən həm oğlanam, həm qızam" — Xoşqədəm Hidayətqızının verilişində növbəti QALMAQAL (FOTOLAR)

MARAQLI 03 may 2019, 11:03

"Səni axtarlram"ın efirinə çıxan bu şəxsin açıqlaması hər kəsi mat qoyub.


Demokrat.az Milli.Az-a istinadla xəbər verir ki, üzü gizlədilən gəncin dedikləri studiyaya toplaşanları və ekran qarşısında əyləşən tamaşaçıları dəhşətə gətirib.


Xoşqədəm Hidayətqızının studiyaya "Qızım, gəl" deyə dəvət etdiyi gəncin açıqlamasını təqdim edirik:


"Üzr istəyirəm hər kəsdən, mən həm oğlan, həm qızam. Uşaq vaxtı rəhmətlik anam bir dəfə həkimə aparıb. Müalicəsi burada yoxdu. İmkanım da yoxdu. Dərdimi bilmək istəyirəm, mənim xəstəliyim dəqiq nədir. Mənim ağrılarım var. Həkim deyir barmaqların yığılır, gözün də zəif görür. Ailədə tək bacım var. Bacımın imkanı olsa mənə kömək edər. Valideynlərim rəhmətə gedib. Atamı 5 yaşımda itirmişəm, anamı təzə. Anam xərçəng xəstəliyindən ölüb. Mənim 31 yaşım olacaq. Üzr istəyirəm hər kəsdən, əgər bunun əlacı varsa mənə kömək edin. Sizdən xahiş edirəm, heç kim məni pis başa düşməsin. Mən də istəməzdim belə olum, heç vaxt istəməzdim. Amma mən bilirəm ki, atam sağ olsaydı, mən belə olmazdım. Qohumlarım hamısı bilir. Amma atam öləndən sonra məni heç kim axtarmadı. Evdə böyüyün olması çox yaxşı şeydir. Valideynlər övladlarının, övladlar da onların qədirlərini bilsinlər".


Telefonla efirə qoşulan ginekoloq "Əvvəl diaqnozu qoyulmalıdır. Hansına daha yaxındır, o öyrənilmlidir. Genetik analizi, genetik olaraq "xy"-midir, kişidirmi, yoxa qadındır - "xx"-dırmı? Ona görə qərar verilməlidir. Bu tip xəstəliyi olan insanlarda seçim özlərinə buraxılır və onların qadını seçməsi daha çox uyğun olur. Əvvəl diaqnozu qoyulmalıdır, çünki hələ özü bilmir xromosom olaraq nəyə sahibdir. Yəni, kişi xromosomlarıdırmı, yoxsa qadın xromosomlarıdır. Onlar təyin edildikdən sonra biz necə kömək etmyimizlə bağlı qərar verə bilərik" deyib.


Qeyd edək ki, sözügedən xəstəliyin tibbi adı hermafrodit adlanır (bədənində eyni zamanda dişi və erkək hormonu daşıyır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top