İcra başçısının “gəzən kababxana”ları — FOTOLAR

MARAQLI 02 may 2019, 17:42

Nərimanov rayon İcra Hakimiyyətinin qərarını əlində əsas tutaraq Nərimanov parkı ətrafında “iaşə obyekti” adı altında kababxanaların sayı durmadan artır.


Yeni bir obyekt isə 5 saylı uşaq stomotoloji poliklinikasının qarşısında yerləşdirilib. Əvvəlcə avtobus kimi “gəzən obyekt” şəklində poliklinikanın qarşısında yerləşdirilən kababxana həm sakinlər, həm də poliklinika əməkdaşları tərəfindən narazılıqla qarşılanıb.Çünki əvvəlcə avtobus yerləşdiriləndən sonra arxasında olan “qazon” hissə də sonradan dəmir konstuksiya ilə qaynaqlanaraq ətrafı hasara alıb. gediş gəlişin qarşısını alır.

 

Image result for abdin fərzəliyev


“Əgər sabah poliklinikada yanğın hadisəsi baş verərsə, bunun qarşısını almaq mümkün olmayacaq, çünki poliklinika hər tərəfdən Abidin Fərzəliyevin obyektləri ilə əhatə olunub. Digər tərəfdən qarşıdan yay gəlir və kabab iyindən, ucuz ərzaq məhsullarının qoxusundan pəncərələri açmaq mümkün deyil”, – deyə poliklinikanın əməkdaşı ürəkyanğısı ilə narazılığını bildirdi.


Tibb işçilərinin sözlərinə görə, bu narazılıqları haqqında dəfələrlə İcra Hakimiyyətinin müvafiq şöbələrinə telefonla müraciət olunub. Lakin onlar heç bir tədbir görməyiblər. bundan sonra Fövqəladə Hallar Nazirliyinin 112 saylə qaynar xəttinə zəng vurularaq, bu haqda xəbərdarlıq edilib.


Xural.com-a daxil olan məlumatlara görə gəzən kababxana Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin növbəti obyektlərindəndir. Ona görə də kimsə “kababxana”ya gözün üstə qaşın var deyə bilmir.


Xural.com məlumatı araşdırmağa davam edcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top