"Nərimanovla Şaumyan çox yaxın olublar" — Qocaman YAP-çıdan QALMAQALLI AÇIQLAMALAR

MARAQLI 30 apr 2019, 12:19

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, “91”lərin nümayəndəsi Kərim Kərimov görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovla bağlı maraqlı fikirlər səsləndirib. 


Kərim Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, Nəriman Nərimanovla bağlı çox maraqlı məsələlər var: 


"Bu söhbətlər Azərbaycan KİV-lərinin heç birində hələ yazılmayıb. İndi Moskva arxivləri açıb və Nəriman Nərimanova aid olan bütün işlər yazılır. Artıq Rusiyadan olan professor İvanov 500 səhifəlik kitabında da Nəriman Nərimanovla bağlı tarixi faktları yazıb. Həmin kitabda Nəriman Nərimanovun dövründə ermənilərlə azərbaycanlılar arasında hansı münasibətlərin olmasından bəhs olunur. Kitab iki adla nəşr edilib. Birinin adı "Ölüm-dirim müharibəsi" adlanır. Həmin kitabda qeyd olunur ki, Nəriman Nərimanov bolşeviklərin apardığı siyasətə qarşı çıxış edirdi". 

 


YAP rəsmisi deyib ki, Nəriman Nərimanov azərbaycanlılarla ermənilərin münasibətlərinə və Azərbaycanın müstəqilliyi məsələsinə tamam başqa cür baxırdı:


"Bütün SSRİ-də Nəriman Nərimanovu dəstəkləyən şəxs Vladimir Lenin idi. Hətta, Nəriman Nərimanov Stepan Şaumyanla da çox yaxın idi. Onlar çox yaxın olublar. Nəriman Nərimanov Stepan Şaumyanın rəhbərlik etdiyi hakimiyyətdə komissarlardan biri idi, Şəhər Təsərrüfatı üzrə Komissiyanın üzvü idi. 


Nəriman Nərimanov öz dövründə çox böyük işlər görüb. Nəriman Nərimanov bütün bu işləri Leninin köməkliyi ilə edib. Yoxsa, Nərimanov bu işləri təkbaşına görə bilməzdi. Nəriman Nərimanov öz əcəli ilə rəhmətə gedib. Lenin olmasaydı, Nərimanovun öz əcəli ilə rəhmətə getməsinə imkan verməzdilər".  


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top