"İsgəndər Həmidov məni "razborka"ya çağırdı, ancaq qorxusundan özü gəlmədi" — Şeyxin qudasından Nemət Pənahlıya DƏSTƏK

MARAQLI 29 apr 2019, 13:04

Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının sabiq daxili işlər naziri İsgəndər Həmidova qarşı söyüşlər söyməsini əks etdirən səs yazısının yayılmasından danışıb. 


Hacı Qalib Salahzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Nemət Pənahlı qabiliyyətli adamdır:


"Mən Nemət Pənahlı ilə bir neçə dəfə müqəddəs ziyarətlərdə olmuşam. Onu qabiliyyətsizliyini görməmişəm. Ancaq İsgəndər Həmidovu da yaxşı tanıyıram. O, qorxaq və bazar reketidir. Hələ İsgəndər daxili işlər naziri işləyən vaxtı bazarda göyərti satanlardan reketçiliklə pul yığırdı. Onun kişi-kişi danışmağına fikir verməyin. O, qorxaq adamdır".


Sabiq deputat 1993-cü ildə İsgəndər Həmidovun onu duelə çağırdığını söyləyib:


"İsgəndərin "bərkgedən" vaxtları idi. O, məni "razborka"ya çağırdı. Mən də qabağından qaçmadım. İsgəndərə dedim ki, mən səni tək gözləyirəm, gəl! Ancaq qorxusundan gəlmədi. Sonra isə İsgəndər Həmidov qorxusundan 100 silahlı adamla gəlmişdi. Gəldi və yaxşı cavabını aldı. Ümumiyyətlə, İsgəndər Həmidov hər zaman Bakı camaatından acıqlı olub. Cəbhəçilər hakimiyyətdə olanda da istəyirdilər ki, Bakı camaatı onlara dəstək versin. Ancaq Bakı camaatı onları sevmirdi. Bilirdilər ki, bunlardan dövləti idarə edən olmaz".


Şeyxin qudası deyib ki, bu gün Bakı camaatı Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı birmənalı şəkildə dəstəkləyir:


"Çünki Azərbaycan xalqı görür ki, cənab Prezident İlham Əliyev və onun həyat yoldaşı Mehriban xanım Əliyeva bu dövlətin müstəqilliyinin möhkəmlənməsi və inkişafı uğrunda nə qədər özlərini fəda edirlər. Xalqımız da onları çox sevir, dəstəkləyir. Bu, sonadək belə davam edəcək".


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top