Qarabağ müharibəsinin ilk illərində könüllü olaraq cəbhəyə gedən şəhid Namiq Məmmədov haqqında sənədli film hazırlanıb.
Demokrat.az xəbər verir ki, "MübarizimTV"-nin hazırladığı filmdə şəhidin həyatına və döyüş yoluna nəzər salınıb.
Qeyd edək ki, şəhid Namiq Məmmədov cəbhəyə gedəndə yenicə ailə qurubmuş. Şəhid olandan bir neçə ay sonra qızı dünyaya gəlib. Şəhidin öz vəsiyyətinə görə, adını Şahidə qoyublar.
Namiq Sovet oğlu Məmmədov 1971-ci ildə Bakıda doğulub. 1989-cu ildə hərbi xidmətə çağırılıb.
Ukraynada Hava Hücumundan Mühafizə üzrə təlim alıb.
1990-cı ildə hərbidən tərxis olunub.
1 il sonra ailə həyatı qurub. Elə həmin ildə Qarabağ uğrunda döyüşlərə könüllü olaraq qatılıb.
1992-ci il yanvar ayının 31-də şəhadətə qovuşub. Şəhid atasının üzünü görmədiyi Şahidə adlı bir qızı yadigar qalıb.
Allah rəhmət eləsin!