DYP jurnalistə "Mercedes GL" “hədiyyə etdi” — VİDEO/FOTOLAR

MARAQLI 22 apr 2019, 20:17

Dövlət Yol Polisi jurnalist Zülfüqar Xeyirxəbəri sürət həddi 120 km/saat olan yolda 118 km/saatla hərəkət etdiyi halda "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələyib.  


Demokrat.az-ın məlumata görə, bu barədə jurnalist öz Facebook səhifəsində məlumat paylaşıb. 


"3-cü zolaqda hərəkət edən "Mercedes GL"dir. Mən isə birinci zolaqla hərəkət edirəm. Ağ Ford Tranzitdən zonra birinci maşın (yaşıl oxla işarıələnib). 


Həmin zolaqda hərəkət sürəti 120 km/saatdır. ML-in hərəkət etdiyi zolaqda isə 100 km/satdır (qırmızı oxla işarələnib). 


DYP əməkdaşları əsas planda mənim maşının şəklini veriblər., digər şəkillərdə GL-i. Cəriməni isə mənə yazıblar", - deyə jurnalist protokola əlavə edilmiş video və şəkillərlə yazdıqlarını sübut etməyə çalışıb.

 
"Bəlkə DYP əməkdaşları mənə GL hədiyyə edib, xəbərim yoxdur. Mən də hansısa bir ilhai qüvvə ilə eyni anda hər iki maşını idarə etmişəm, ", - deyə Z.Xeyirxəbər ironiya ilə əlavə edib.(RePost.Az) 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top