"Azərbaycanla sərhəd məsələsini təcili həll etmək lazımdır" — Gürcüstan prezidenti

SİYASƏT 21 apr 2019, 17:28

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edib.


Demokrat.az xəbər verir ki, bu barədə Sputnik-Georgia Gürcüstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.


Bildirilir ki, Zurabişvili orada gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. 


Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.


Virtualaz.org xatırladır ki, aprelin 3-də rəsmi Tbilisi Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top