"Boşanmanın ən başlıca səbəbi seksual doymadır" — Psixoloqdan ŞOK AÇIQLAMA

MARAQLI 18 apr 2019, 23:58

Son illər Azərbaycanda boşanmaların, ailədaxili münaqişələrin sayı artır. Əvvəlki illərlə müqayisədə ailə modelləri xeyli dəyişib, klassik ailə modeli, ailə institutu sıradan çıxmaq üzrədir.


Demokrat.az-ın xəbərinə görə, Psixoloq Taryel Faziloğlu Sputnik Azərbaycan-a müsahibəsində bu problemlərin səbəblərindən danışıb.


T. Faziloğli qeyd edib ki, boşanmanın ən başlıca səbəbi seksual doymadır:

 

Image result for Psixoloq Taryel Faziloğlu


"İkinci səbəbi isə sosial maraqların, savad dərəcələrinin fərqli olmasıdır. Eyni zamanda, cütlüklərin bir-birindən qeyri-real gözləntiləridir, cütlüklərin həyat tərzidir. Kənar müdaxilə də boşanmalara səbəb olur. Həmçinin, başqa səbəblər də var. Bir dəfə bir qadın mərkəzimizə gələrək mənə dedi ki, "ərim mənə xəyanət edib". Ondan soruşdum ki, haradan bilirsən? Qadın qarşıma belə bir arqument qoydu: "Çünki 2 aydır ərim məni döymür. Özünü mənimlə yaxşı aparır ki, ondan şübhələnməyim". Həmin qadın universitetlərdən birində dərs deyən müəllim idi. Buna baxmayaraq, döyülməyinə razı idi. Çünki qadın cinsi cəhətdən təmin olunduğuna görə döyülməyini belə, problem kimi görmürdüü.


Psixoloqun sözlərinə görə, bu gün heç bir kişi qeyri-qanuni yaşadığı qadınla evlənmir: 


"Onlar biri ilə yaşayır, başqası ilə ailə qururlar. Həm də hüquqlar qorunmur. Avropada qeyri-rəsmi yaşansa da, hər şeyin qanunla tənzimlənməsi üçün 3 şahid kifayətdir. Bizdə isə nə hüquqi, nə mənəvi, nə də psixoloji baxımdan bunları tənzimləyə bilərik.


Yaşından asılı olmayaraq hamı düşünür, hər kəs gərgindir. Bu gərginliyin nəticəsində də bütün münasibələr zədələnir. Çünki bu gün Azərbaycan əhalisi kütləvi şəkildə psixozdan əziyyət çəkir. Bunu deməkdən də çəkinmirəm. Kütləvi psixoz vəziyyəti də güvənsizlikdən qaynaqlanır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top