2019-cu ilin ən yaxşı avtomobili açıqlandı — FOTOLAR

MARAQLI 17 apr 2019, 23:14

ABŞ-ın Nyu-York şəhərində “World Car of the Year 2019” müsabiqəsinin qalibləri elan edilib.


Trend-in məlumatına görə, “İlin avtomobili”, “İlin dizaynı” və “Ekoloji avtomobil” mükafatlarına “Jaguar I-Pace” layiq görülüb.


Şəhər üçün ən yaxşı avtomobil “Suzuki Jimny” seçilib. 


İlin ən lüks avtomobili adına “Audi A7”, ilin hiperkarı adına isə “McLaren 72OS” seçiliblər.


Qeyd edək ki, “World Car Awards” — 20-dən çox ölkədən olan peşəkar beynəlxalq avtomobil jurnalistləri tərəfindən verilən avtomobilqayırma sahəsində beynəlxalq mükafatdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top