"Ermənistan Azərbaycanla olan problemini həll etməlidir" — Yerevanda səfərdə olan türkiyəli deputatdan AÇIQLAMA

SİYASƏT 16 apr 2019, 21:34

AKP-nin Ordudan olan millət vəkili Mətin Gündoğdu Yerevanda Qaradəniz İqtisadi Əməkdaşlıq Parlamentlərarası Assambleyasının iclasına qatılıb.


Demokrat.az xəbər verir ki, deputat iclasdan sonra ermənistanlı jurnalistlərin suallarını cavablandırıb. 


O, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün yeni hökumətin Azərbaycanla olan problemləri həll etməli olduğunu deyib:


“Ermənistan diasporu ölkəyə zərər verir və qapıları bağladır. Gərgin mühitdə problem həll edilə bilməz. Ermənistan yeni hökuməti ilə dünyaya açılmalı və iqtisadiyyatını gücləndirməlidir. İki dövlət bir millət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Azərbaycan bizim üçün qırmızı xətdir. Ermənistan Azərbaycanla olan problemlərini həll etməlidir. Regionun rifahı və bölgədə yaşayanlar üçün bu çox önəmlidir. Bunu edə bilsəniz, güclü coğrafiya qura bilərik”. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top