Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb

SİYASƏT 15 apr 2019, 12:39

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başlayıb.

 

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hər üç nazir görüşmək üçün Rusiya XİN-in "Qəbullar Evi"nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

 

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top