Rusiyanın ən gözəl qızı seçildi — Bu da "Azərbaycan gözəli" (FOTOLAR)

MARAQLI 15 apr 2019, 13:30

Rusiyada ölkənin ən gözəl qızı seçilib. 


Demokrat.az xəbər verir ki, "Miss Rusiya 2019" yarışının final mərhələsi paytaxt Moskvadakı Barvixa Luxury Village" konsert zalında baş tutub. 


Final mərhələsində 50 qız "ən gözəl" adı uğrunda mübarizə aparıb. 


Ağ qızıldan olan bahalı tacın yeni sahibi Azovdan gəlmiş tələbə Alina Sanko olub. Tacı Alinaya ötənilki müsabiqənin qalibi Yuliya Polyaçixina təqdim edib.


"Miss Rusiya" Dövlət Universitetində torpaqşünaslıq və arxitektor təhsili alır. O, rəsm çəkməyi, oxumağı və poeziyanı çox sevir. Boyu 175 sm, çəkisi 48 kq olan Alinanın arzusu poeziya gecələri təşkil etməkdir. 

 

Image result for Alina Sanko


"Vitse miss" adına Yekatrinburq təmsilçisi Arina Verinuiz, "İkinci vitse miss"ə isə Tatarıstandan gələn Ralina Arabovaiz layiq görülüb. Hər iki xanım xaricdə təhsil haqqı ilə yanaşı müxtəlif hədiyyələr də qazanıblar. 


Xatırladaq ki, Rusiya gözəli üçün nəzərdə tutulan tac dünyanın ən bahalıları sırasındadır. O eksklüziv zərgər işidir, qiyməti 1 milyon dollar civarındadır. Ağ qızıldan hazırlanan tac briliyant, zümrüd, yaqut və mirvarilərlə bəzədilib.

 

Image result for Melisa Nuriyeva


Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" milli gözəllik müsabiqəsinin qalibi olub. İki uşaq anası olan Melisanın "Azərbaycan gözəli" seçilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar onu qalib seçənləri qınayıblar. 


Hazırda dövlət müəssisəsində iqtisadçı işləyən Melisa Nuruyeva eyni zamanda model biznesi və aktyorluqla məşğul olur. 

 

Image result for Alina Sanko

 

Related image

 

Image result for Alina Sanko

 

Related image

 

Image result for Alina Sanko

 

Related image


Şəbnəm Gül
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top