İtaliya parlamenti qondarma “erməni soyqırımı”nı tanıdı - YENİLƏNİB

SİYASƏT 11 apr 2019, 09:57

İtaliya parlamenti Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nı faktiki olaraq tanıyan qətnamə qəbul edib. 

 

Bu haqda “CNNTürk”, eləcə də erməni saytları məlumat yayıb.

 

Məlumatda deyilir ki, İtaliya parlamenti 382 səs, o səs əleyhinə, 48 bitərəf olmaqla qondarma “erməni soyqırımı”nı tanıyan bir qətnamə qəbul edib.

 

Qətnamə İtaliya hökumətini rəsmən  “erməni soyqırımını tanımağa" və bu məsələyə beynəlxalq qiymətləndirmə verməyə çağırır.

 

Türkiyə dövləti və ayrıca XİN məsələyə kəskin reaksiya verib. Xarici işlər naziri Mövlut Çavuşoğlu özünün “Tvitter” hesabında tarixi siyasiləşdirən bütün addımlar kimi İtaliya parlamentinin bu qərarının da “yox” hökmündə olduğunu bildirib (Moderator.az).

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top