Kürdən okean balığı tutuldu — FOTO

MARAQLI 10 apr 2019, 22:37

Ötən gün Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı sakinlər tərəfindən tutulub.

 

"Report" xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

 

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir.

 

2008-ci ildə adı Qırmızı kitaba düşən Uqor balığı bu gün səhər saatlarında yenidən çaya buraxılıb.

 

Qeyd edək ki, çəkisi 2 kiloqramdan-12 kiloqrama qədər olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin, xüsusi ilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top