Allahşükür Paşazadə Çexiya biznesinin izini itirir — FOTOLAR

MARAQLI 10 apr 2019, 11:13

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Çexiyadakı biznesini dayandırmaq qərarına gəlib. 


Jurnalist Cavanşir Həsənlinin araşdırıb ki, cənab Paşazadə Karlovı-Varı sərgüzəştləri ilə özünün mövqeyinə ciddi zərbə vurduğunun fərqinə varıb və siyasi hakimiyyətin də tövsiyyəsi ilə bu ölkədəki şirkətini birdəfəlik qapatmaq üçün Çexiya Ədliyyə Nazirliyinə müraciət edib. 

 

Müraciəti MP İnternational şirkətinin meneceri Sergey Kopanev göndərib və müraciət ötən ayın 11-də icraata götürülüb.

 

 

Səbəb kimi şirkətin iflası göstərilir. Şeyx həzrətləri zirək tərpənib və 15 milyon kronluq aktivləri olan şirkətinin son bir il ərzində nə az-nə çox 18 miyon kron zərərə düşdüyünü qeyd edib. Yəni bütün çulunu sudan quru çıxarmağa çalışır.


Üstəlik də belə ehtimal var ki, Allahşükür Paşazadə Çexiyadakı kapitalını daha dərinə gizlətmək üçün İspaniyaya köçürür. Hansı ki, burada qudası Ali Evsenin də böyük biznesi var.


Bu həmin cənab şeyximizdir ki, bir vaxtlar Çexiyada mülkünün, şirkətinin olmadığını deyirdi. Deyirdi ki, "bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.


Amma şirkətə aid sənədlər ortaya çıxanda, sərgüzəştlər faş olanda Paşazadə həzrətləri tələm-tələsik şirkəti oğlunun adına keçirdi ki, izi itirsin, bu da keçmədi, şirkətin yenidən qeydiyyatı ilə bağlı sənədlər də ortaya çıxdı.

 
 
 
 

Xatırladım ki, Şeyx həzrətləri və qardaşı Cavanşir Paşazadə Aynur KV (Karlovı Varı) şirkətini hələ 2008-ci yanvarında Çexiyada qeydiyyatdan keçirmişdilər. 


2017-ci ilin sentyabrında müvafiq sənədlər ictimailəşəndən sonra Şeyxülislam ötın ilin mayında şirkətin adını dəyişərək oğlu Məhəmməd Paşazadənin adına keçirmişdi.(criminal.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top