Hacı İbrahim doktorluq dissertasiyası müdafiə etdi — Elmi rəhbəri Ziyad Səmədzadə olub

MARAQLI 10 apr 2019, 00:10

Tanınmış iş adamı, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli doktorluq dissertasiyası müdafiə edib.


Xəbərin doğru olub-olmadığını iş adamının özü ilə dəqiqləşdirdik. İbrahim Nehrəmli “Yeni Müsavat”a açıqlamasında bu xəbəri təsdiqlədi. 


Dedi ki, dissertasiyanın müdafiəsi fevralın 29-da olub. Elmi Şuraya AMEA-nın müxbir üzvü, Milli Məclisin İqtisadiyyat komitəsinin sədri, akademik Ziyad Səmədzadə rəhbərlik edib. Elmi rəhbəri də elə Z.Səmədzadə olub: 


“Dissertasiya işinin Gəncədə keçirilən müdafiəsi yüksək səviyyədə təşkil olunmuşdu, auditoriya yaxşı idi. Mənə müdafiə ilə bağlı 25 sual verdilər və sualların hamısına cavab verdim. Eyni zamanda dissertasiyamı yaxşı müdafiə etdiyimə görə iki iş üzrə - iqtisadiyyat və sahibkarlığa görə fəlsəfə doktoru elmi dərəcəsini qazandım. Onu da deyim ki, məndən öncə doktoranturanı müdafiə etmiş elmlər namizədi 2 qiyməti almışdı”.


Hacı İbrahim “Xəzər adaları” layihəsi ilə bağlı gedən son proseslərdən də danışdı. 

 

Bildirdi ki, Dubayda çalışan iki Kanada vətəndaş bugünlərdə sözügedən layihə ilə maraqlanmaq üçün Bakıya gəlmişdi: 


“Martın 20-dək çoxlu investor qrupları ölkəmizə gələcək. Layihə ilə bağlı olaraq investor axtarışları yenə davam edəcək. Çünki bu nəhəng proje olduğuna görə dünyanın bir çox ölkələrindən investorlar layihəyə qatılacaqlar”.

 

Related image


İş adamı bugünlərdə Rusiyanın NTV telekanalında və Bolqarıstan mətbuatında yayılan xəbərlərə də aydınlıq gətirdi. 


Xatırladaq ki, NTV-də sözügedən layihənin 125 milyard dollara, bolqar mətbuatında isə 130 milyard manata başa gələcəyi barədə məlumatlar yayımlanmışdı. Ancaq Hacı İbrahim dedi ki, göstərilən rəqəmlər həqiqəti əks etdirmir: 


“NTV-də səslənən rəqəm əslində səhvdir. ”Xəzər adaları" 100 milyard dollara başa gələcək. Ruslar elə bilmişdi ki, mən o rəqəmi manatla demişəm. Onlar da məbləği dollarla hesablayıblar və nəticədə ortaya səhvən 125 milyard dollar söhbəti çıxıb".


Qeyd edək ki, 2008-ci ildən həyata keçirilən “Khazar İsland” layihəsi dənizdə 50-dək süni adanın yaradılmasını özündə ehtiva edir. Xəzərdə salınacaq yeni şəhərcik 1100 mənzildən, ümumilikdə isə 1 milyon sakindən ibarət olacaq. Şəhərciyin ərazisi 2 min hektardan ibarət olacaq və dənizin içinə doğru 8 kilometr uzanacaq. Süni şəhərcikdə 60 ada yaradılacaq və 20-dək körpü inşa olunacaq. Bununla yanaşı, ərazidə əyləncə, istirahət kompleksləri də yaradılacaq. 


Azərbaycanlı iş adamının Xəzərdə həyata keçirdiyi bu layihənin təfərrüatları artıq dünyanın ən aparıcı kütləvi informasiya vasitələri - “The Vashington Post”, “The New-York Times”, “The Financial Times” qəzetlərinin, o cümlədən “Forbes” jurnalının, “Bloomberq” informasiya agentliyinin diqqətini cəlb edib.


Layihə Qaradağ rayonunun Xəzər dənizinin sahilindəki qəsəbəsində ilk olaraq reallaşdırılıb. Elə həmin ildən başlayaraq dənizin sahilində palma ağaclarının əkilməsinə, hasarın çəkilməsinə start verilib. Ərazidə əkilən ağaclar əsasən 100 yaşlı xurma, palma ağaclarıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top