Ukrayna prezidenti hər kəsin gözü qarşısında narkotik və akloqol testindən keçdi — FOTO

MARAQLI 05 apr 2019, 21:58

Ukraynada prezident seçkisinin ikinci turuna hazırlıq gedir. Belə bir zamanda prezidentliyə namizədlər Petro Poroşenko və Vladimir Zelenski xalqın qarşısında "Olimpiya" stadionunda debata hazırlaşır.


Demokrat.az yerli mətbuata istinadən bildirir ki, 5 apreldə səhər saatlarında namizədlər qandan analiz verib. Məqsəd narkotik və alkoqoldan istifadənin təyinidir. Bu təkliflə şoumen namizəd Zelenski çıxış etmiş, Poroşenko da qəbul etmişdi. Poroşenko stadionun tibb məntqəsinə gələrək analiz verib. 


Prezidentdən saç, qan və sidik analizi götürülüb. Bir neçə saat sonra analizin cavabı açıqlanacaq. (Cebhe.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top