"Əsəbləşməyin, ən əsası əsəbləşməməkdir" — Elmar Məmmədyarov təyyarədə erməni qadınlarla söhbət etdi (VİDEO)

MARAQLI 05 apr 2019, 10:19

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun təyyarədə erməni sərnişinlə maraqlı söhbətinin görüntüləri yayılıb. 


Demokrat.az xəbər verir ki, ötən gün Brüsseldən Moskvaya uçan təyyarədə xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbəti olub. 

 

Erməni jurnalistlərdən biri Dağlıq Qarabağla bağlı E.Məmmədyarova sual verib. XİN başçısı suala sualla cavab verib: 


"Qarabağın işğal edilən hansı hissəsi ermənilərə aid ərazi sayılır?”.


E.Məmmədyarov erməni jurnalistə bir məsələnin də izahını verib: "Qarabağ Azərbaycan dilində olan sözdür və rus dilinə "çernıy sad” kimi tərcümə edilir”.


Erməni jurnalist Azərbaycan mətbuatında İrəvan xanlığının Azərbaycanın bir hissəsi olduğu ilə bağlı daim yazılar, sənədli filmlər getdiyini, "Yerevan bizimdir” deyildiyini əsəbi halda söyləyib.


E.Məmmədyarov isə erməni jurnalistə emosialarını cilovlamağı, sakitləşməyi məsləhət görüb və emosionallığın jurnalist üçün çox pis hal olduğunu əlavə edib:

 

 "Əsəbləşməyin, ən əsası əsəbləşməməkdir. Siz çox emosionalsınız, bu isə jurnalist üçün çox pis haldır".

 

Həmin videonu təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top