"Onları seçmək lazımdır" — Jurnalistdən diaspora iradlı ÇAĞIRIŞ

MARAQLI 03 apr 2019, 23:58

Azərbaycanlıların əksəriyyət təşkil etdiyi İğdırda (Türkiyə) azərbaycanlının seçimlərdə qalib gələ bilməməsi ciddi düşünmə tələb edir. Necə ki azərbaycanlıların çoxluq təşkil etdiyi Rusiya və Ukraynada illərdir bir dənə də olsun azərbaycanlı ümumrespublika seçkili orqanlarında təmsil oluna bilmir. Bu, bütün dünya azərbaycanlılarını düşündürməlidir. Çünki müasir dövrdə qlobal tribunalarda son sözü seçkili orqanlar deyir. 


Son vaxtlar səfərbər olunan dünya azərbaycanlıları, yeni sferalara adlayan diasporumuz da bu nüans üzərində nə qədər çox köklənsə bir o qədər bu məsələdə həlledici nəticələr əldə etmiş olar, düşünürəm.


Məsələn, bu il Ukraynada növbəti parlament seçkiləridir (oktyabrda). Əsl fürsətdir. Eşitdiyimə görə Rövşən Tağıyevin namizədliyinin dəstəklənməsi bir sıra azərbaycanlı tərəfindən təklif olunur. 


Çox yaxşı olardı ki, bu ölkədə son vaxtlar vahid çətir altda birləşən azərbaycanlılar indidən vahid namizədlərini müəyyənləşdirib, dərhal hərəkətə keçsinlər (təbiiki, mərdimazarların maneəsindən sığortalanmaq şərti ilə). 


Ukraynada, elə Rusiyada, Almaniyada, Latviyada və digər bir sıra ölkələrdə də namizəd olmağa layiq kifayət qədər potensiallı azərbaycanlılar var. Sadəcə onları SEÇMƏK lazımdır.

 

Image result for mübariz aslanov


Mübariz Aslanov
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top