"Bakılı Vaqif"in döydüyü gürcü oğrunun sonu — MARAQLI FAKTLAR

MARAQLI 03 apr 2019, 22:51

Vaxt vardı, Mikeladze qardaşlarının adı hər gün kriminal xronikalarda çəkilirdi. Bu o vaxtlar idi ki, Cemo və Mamuka azərbaycanlı qanuni oğru Rövşən Lənkaranski ilə bir klanda idilər. Bütün oğru dünyasının diqqətini çəkirdilər.


Bu ilin yanvarında Mamuka dünyadan köçdü. Ondan bir ay sonra Cemo öldü. Beləliklə, Mikeladzelər sülaləsinin sonu gəldi.

 

Image result for Ata Mikeladze


Ata Mikeladze


Cemo ilə Mamukanın atası Arsen də tanınmış oğru idi.  Arsenin tanınmış oğru, sonradan kriminal aləmin kralına çevriləcək “Ded Xasan”dan ( Aslan Usoyan)  zəhləsi gedirdi. Usoyan gürcü əsilli yezidiu kürd olmasına baxmayaraq daha çox İrəvan oğruları ilə yaxın idi.


Qoqa  Yerevanski və Raf Svo ilə iş birliyi vardı. Bu oğrulardan biri - Qoqa Yerevanski 70-ci illərdə Arsen Mikeladzeni oğru tacından məhrum etmişdi. Oğru titulunu qaytarmaq üçün Arsen yaltaqlanmalı olmuşdu. 


Deyirlər ki, o hər gün Qoqanı evinin qapısında gözləyir, bayıra çıxanda isə farağat dayanırdı. Nəhayət bu effekt verdi. Oğru adını ona qaytardılar. 


Ancaq Arsen erməni oğruların onu aşağılamasını unutmadı. Oğru dünyasının zirvəsinə qayıdan kimi planlarını həyata keçirdi. 1993-cü ildə artıq Tiflis klanının əsas ideoloquna çevrilmiş Arsen Moskvada  “sxodka”ların birində oğru Maxo ilə “Ded Xasan” arasında insindent yaratmağa nail oldu. Məqsədi Usoyanın nüfuzuna zərbə vurmaq idi. Amma buna nail ola bilmədi. Elə həmin il onu güllələdilər. Atalarının qətlindən sonra səhnəyə oğlanları çıxdı.


Cemo


2110-2012-ci  illərdə Rusiyada oğru klanları arasında müharibə başladı. Bu müharibədə aparıcı rollardan biri də Cemo və Mamuka Mikeladzelərə məxsus idi. Cemo Kutaisi klanında birləşən oğrular  Gela, Rövşən və Badri ilə birğə düşmənlərinə zərbələr vurdular.

 

Related image


2014-cü ildə  Cemo Buturka həbsxanasına düşdü. Burada onu “Ded Xasan”ın klanında əsas fiqurlardan olan azərbaycanlı oğru Vaqif Bakinski gözləyirdi. İiri cüssəli olan Bakinkı Cemonu ölümcül döydü. Üstəlik həbsxanadan bütün hər yana xəbər yayıldı ki, Cemodan oğru adı alınıb.

 

Həbsxanadan çıxan kimi Mikeladze İtaliyaya qaçdı. Hesab edirdi ki, intiqam ala biləcək. Lakin 2016-cı ildə onların klanının lideri Rövşən Lənkaranski Türkiyədə öldürüldükdən sonra bu mümkünsüz oldu.


Cemo ömrünün sonuna kimi o düyülməyin acısını unuda bilmədi və 43 yaşında dünyasını dəyişdi.


İlqar Atabəyli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top