Tanınmış vəkil yenidən efirə qayıdır — “Hüquq və Ədalət” verilişinin yayımı bərpa edilir

MARAQLI 03 apr 2019, 18:23

Tanınmış vəkil Adəm Məmmədov yenidən efirə qayıdır. Belə ki, “Lider” telekanalı onun layihə rəhbəri və aparıcısı olduğu “Hüquq və Ədalət” müəllif verilişinin yayımını bərpa edir. 


Demokrat.az xəbər verir ki, bu barədə Adəm Məmmədov özünün “facebook” səhifəsində məlumat verib.


O deyib: “Tamaşaçıların, dostların xahişini nəzərə alaraq, layihə rəhbəri və aparıcısı olduğum “Hüquq və Ədalət” verlişinin yenidən mavi ekranlara qaytarılmasına qərar verdim. Eyni zamanda bu layihə digər işlərimə maneçilik törətmədiyi üçün çox rahatlıqla həyata keçiriləcək. Artıq danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Dostlar sağ olsunlar!”.


Qeyd edək ki,  hüquqi maarifləndirmə fəaliyyəti ilə məşğul olan “Hüquq və Ədalət” verilişi Azərbaycan teleməkanında ən uğurlu layihələrdən biri hesab olunur. Buna görə də, qısa müddətdə geniş auditoriya və ictmiai rəğbət qazana bilmişdi. Verilişin yenidən eyni uğura imza atacağı şübhə doğurmur.(AzPolitika.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top