Ermənipərəst mövqeyi ilə tanınan "Sputnik Azərbaycan"ın rəhbəri redaktor axtarır, amma tapa bilmir...

MARAQLI 03 apr 2019, 10:13

Rusiyanın "Sputnik" Agentliyinin Bakı filialı olan "Sputnik Azərbaycan"la bağlı qalmaqal səngimək bilmir.


İddialara görə, “Sputnik”in baş redaktoru, erməni Marqarita Simonyan Azərbaycanda jurnalisti "satın alınması" haqda təlimat verib. Bu səbəbdən ki, Agentliyin bir aya yaxındır boş qalan şef-redaktor postuna namizəd tapmaq müşkülə çevrilib. Və M.Simonyandan "Sputnik Azərbaycan"ın rəhbəri Əziz Əliyevə “Yüksək maaşa maraqlı olan, eyni zamanda bizim tələblərimizə cavab verən bir redaktor tap” təlimatı verib.


Əziz Əliyev bu sifarişdən yola çıxaraq, Azərbaycan mətbuatında tanınmış, həmçinin Azərbaycan və rus dillərində bilən bir neçə jurnalistə "qarmaq atıb", onlara baş redaktor postu və 2 min dollardan artıq maaş təklif olunub. Təklif alan jurnalistlər isə son zamanlar "Sputnik Azərbaycan"ın adının erməni təbliğatı ilə birlikdə çəkildiyini əsas gətirərək, bundan imtina ediblər. 


Belə təkliflər Əməkdar jurnalist, yazıçı, tanınmış qələm sahibi Natiq Məmmədliyə də edilib. 


O isə erməni təbliğat maşınının məqsədini bildiyini bəyan edərək, təklifdən imtina edib. Bu təklifin N.Məmmədlidən başqa, daha 3 tanınmış jurnalistə edildiyi və razılaşma olmadığı bildirilir.


Natiq Məmmədli deyilənlərlə bağlı açıqlama verib: 


“Mən 2015-ci ildən “Sputnik”də radionun şef-redaktoru vəzifəsində işləyirəm. Yazıda deyilən kimi mənə hər hansı təklif olunmayıb. “Sputnik” Azərbaycan və Rusiya dövlətləri arasında razılaşdırılmış beynəlxalq media platformasıdır. Onun erməni KİV-i kimi təqdim olunması düzgün deyil”.

 

Image result for sputnik azərbaycan


N.Məmmədlinin sözlərinə görə, Agentliyin rəhbəri vəzifəsini şirkətin Azərbaycandakı nümayəndəliyinin başçısı özü icra edir və heç bir şef-redaktor axtarılmır.


Təklif alanlardan birinin də şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun olduğu bildirilir. İddialarda C.Əsgərovun təklifə isti münasibət göstərdiyi vurğulanır.


Qeyd olunur ki, şəhid oğlu C.Əsgərovun bu vəzifəyə gətirilmə istəyi erməni “dəyirmanına su tökmək” məqsədinin pərdələnməsinə xidmət edir.


C.Əsgərov isə "Sputnik Azərbaycan"dan təklif almadığını deyib: 


“Bu məlumatı birinci dəfə sizdən eşidirəm. İlk dəfə eşitiyimə görə də hər hansı razılaşmadan söhbət belə gedə bilməz. Mən hazırda “Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin redaksiyasındayam, iş başındayam. Sabahkı materiallarla bağlı redaktorla məsləhətləşmələr aparırıq”.


C.Əsgərov hazırda “Novosti-Azerbaydjan”da baş redaktor vəzifəsində çalışdığını qeyd edib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top