“Rusiya müstəqillik və gələcəyimizə göz dikib” — Ukrayna prezidenti

SİYASƏT 31 mar 2019, 16:07

“Aprelin 1-dən Ukrayna ilə Rusiya arasında Rusiya ilə Dostluq və Əməkdaşlıq haqqında müqavilə qüvvəsini itirir”. 


Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün “Facebook” səhifəsində yazıb. 


O bildirib ki, bundan sonra ölkəsi Avropaya inteqrasiyanı daha sürətlə davam etdirəcək:


“Kreml Ukrayna xalqına yaşatdığı əzablarla bu sənədin üzərindən xətt çəkib. Bu gün isə onlar bizim üçün ən dəyərli varlıqlara: iradə, müstəqillik və gələcəyimizə göz dikib” – deyə, Ukrayna prezidenti bəyan edib.


Bununla belə P. Poroşenko bildirib ki, münasibətləri yenidən bərpa etmək üçün rəsmi Moskva ölkəsinə qarşı aqressiyaya son qoymalı və beynəlxalq hüquqa hörmətlə yanaşmaqla, analoji hərəkətlərin yenidən təkrarlanmayacağına zəmanət verməlidir.


Ukrayna prezidenti vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər yalnız suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında yenidən bərpa oluna bilər.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top