"Siz vannaya uzanmasaydınız, mən də elə oxumazdım" — Afətdən Floraya ATMACA

ŞOU-BİZNES 15 mar 2019, 14:58

Müğənni Afət Fərmanqızı ARB TV-nin efirində onu tənqid edən xalq artisti Flora Kərimovaya sərt cavab verib.


Demokrat.az xəbər verir ki, o, fikirlərini Kərimovanın "Qaynana" filmi üçün çəkilən vannadakı fotosunu İnstaqramda paylaşaraq yazıb:


"Bu xanım Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Amma duet oxuyan vaxtı Faiq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız".


Qeyd edək ki, Flora Kərimova "Hüseynova bacıları" verilişində Fərmanqızına bu sözləri demişdi:


"O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan".(big.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top