"Bəzi kişilər öz arvadlarına sahib çıxa bilmirlər" — Tolikdən AĞIR SÖZLƏR

ŞOU-BİZNES 14 mar 2019, 14:59

"O qədər pozğun jurnalistlər var ki..."

 

“Mən xanım müğənnilərlə işləmirəm. 16 ildir, bu camiədəyəm, bu cür hadisələr bizdən qabaq da olub. Tək Azərbaycanda yoxdur. Sadəcə olaraq bu dəb halını alıb. Bəzi kişilər öz arvadlarına sahib çıxa bilmirlər, onlar televiziyaya çıxıb danışırlar. Digər tərəfdən kişi əgər bir qadınla görüşürsə və arvadı bunu bilirsə, niyə vaxtında ayrılmır, yaxud  şərt qoymur ki, ya ailən ya müğənni... 


Bir xanım özünə hörmət edirsə, belə etməlidir. Bu döndü lap Məşədi İbada – gəlinin iki adaxlısı var. Onlar bunu bilərək illərlə yaşayırlar, sonra problem yaranır və efirə çıxıb danışırlar. Mən əminəm ki, həmin müğənnilər kişilərin ailəli olduğunu bilirlər. Müğənnini qoyaq qırağa... 


Adam var ki, bir xanımla görüşür, amma ailəlidir. Müsəlmanın 4 arvad saxlamağa ixtiyarı var. Amma bu, müğənnilərin yox, kişilərin səhvidir.  Xoşlayırlar ki,  görüşdüyü  qadının adı onlarla hallansın.  Belə hallar Türkiyədə də, başqa ölkələrdə də mövcuddur.  Azərbaycan üçün bunlar balaca bir şeydir. Hər yerindən duran biznesmenəm deyir. Türkiyədəki ilə onlar arasında fərq var”.


T.Əliyev bildirib ki, bütün peşə sahiblərinin pisi və yaxşısı var: “Müğənnilər ailə dağıdandır deyirlər. Vallah elədirsə, niyə toyunuza çağırırsınız? Əgər müğənni pozğundursa, onları ananızın, bacınızın, atanızın olduğu məclislərə çağırmayın. Həkimin, jurnalistin, başqa peşə sahiblərinin də pisi, yaxşısı var. Jurnalistlərin hamısının ətəyində namaz qılmaq olmaz ki... O qədər pozğun jurnalistlər var ki... Şəxsən mən tanıyıram. Amma peşəsinə sayğı göstərən, savadlı xanım jurnalistlər də var. Axı meşə çaqqalsız olmur. 


Yəni bütün sənətlərdə belə hallar müşahidə olunur. Aparıcı var ki, müğənninin qabağında diz çökür ( Red. "Səhər-səhər" verilişinin aparıcılarından olan Əli Mirəliyevin Nazpəri Dostəliyeva qarşısında diz çökməsi).  Müğənni olmur, kim olur-olsun mən heç kimin qabağında diz çökmərəm. Mən 10 dəfə də Nazpəri xanım kimi sənətkar olsa, sənətinin qarşısında baş əyərəm. Yəni  deməyim odur ki, bir sənətçinin pis olması hamısının elə olduğu anlamına gəlmir. Bir-ikisinin badına hamısının getməyini istəmirəm. Necə ki, bizdə prodüserlərin adları pis şeylərdə hallanırdı. Fikir verin, əsasən də cavan qızların  belə məsələlərdə adı keçir. Əməkdar artistlərimizin adı kimlərlə hallanıb, kimlər məhkəmələrdə gedib ifadə veriblər. Belə baxanda onlar da kiminsə məşuqələri olub da. Mənə elə gəlir ki, o xanımın qardaşları utanmalıdır ki, bu veriliş bir-iki dəfə olub qurtarır, amma ləkə adlarda qalır, yaddaşlardan çıxara bilmirik. Əsas odur ki, mən qız müğənnilərlə işləmirəm və işlədiyim xanımlar da məşuqə olmayıb. Olsa da, mən yanlarında olmamışam. Hər müğənni bir maşına aldanıb özündən 20 yaş böyük adamla görüşməməlidir”.(Yeni Sabah)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top