Ərəblər Azərbaycanda “Qırmızı Kitab”a düşən quşları ovlayırlar?

GÜNDƏM 15 yan 2022, 15:52
Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb. 

Bu barədə sosial şəbəkələrdə məlumat yer alıb. 

Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:

“Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər”.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxildir.

Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top