Araz Abdullayevin Azərbaycana qayıdışı rəsmiləşdi — FOTO

İDMAN 15 yan 2022, 13:42
“Sumqayıt” FK dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Demokrat.az xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb.

Təcrübəli oyunçu yeni komandasında “78” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev son klubu olan Kiprin “Etnikos” komandasında meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios” (Yunanıstan), “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ” və “Boluspor” (Türkiyə) kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandamızın şərəfini qoruyub.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top