Ağstafada yol qəzasında 2 nəfər xəsarət aldı

HADİSƏ 13 yan 2022, 22:17

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü X.Əsgərov və 1987-ci il təvəllüdlü B.Mansırova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top