Ermənistandan Qazaxıstana göndərilən sülhməramlıları ələ saldılar — VİDEO

SOSİAL MEDİA 12 yan 2022, 19:56
“Exo Moskvı”nın canlı efirində Ermənistandan Qazaxıstana göndərilən sülhməramlılar ələ salınıb.

“Demokrat.az”ın xəbərinə görə, Qazaxıstan hadisələrini şərh edən tanınmış Rusiya politoloqu Qleb Pavlovski "Yaddan çıxarmayın orada güclü erməni korpusu var" deyə açıqlama verib. Bundan sonra aparıcı "Rusiya ilə müqayisə edəndə zəifdirsə, necə güclü ola bilər?" kimi qarşılıq verib. Bu zaman məlum olub ki, politoloq Ermənistandan olan sülhməramlı qüvvələrə kinayə ilə yanaşırmış. Hətta 100 erməni hərbçinin Qazaxıstana göndərilməsini tərəflər say məsələsinə görə ələ salıblar. 

Efirə ətraflı aşağıdakı videodan, Ermənistan sülhməramlıları ilə bağlı hissəyə 10:40-dan baxa bilərsiniz: 
 

Xatırladaq ki, Ermənistan ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində Qazaxıstana 100 nəfərlik heyət göndərib. 

Zamiq
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top