“Qarabağ” klubu qapıçı transferini açıqladı

İDMAN 12 yan 2022, 16:18
"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi tviter hesabı məlumat yayıb.

"Köhlən atlar" 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə ilə Polşa "Yagelloniya"sına məxsusdur. Quqeşaşvili bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top