Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf etdi

QARABAĞ 12 yan 2022, 09:35
Ermənistan Müdafiə Nazirliy Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədirkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Demokrat.az xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçi 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top