Cəlilabadda həyat üçün təhlükəli olan məktəbdə dərs keçilir — FOTO

SOSİAL 11 yan 2022, 18:55

Cəlilabad rayonunun Moranlı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.

Bu barədə kənd sakinləri “Report”a məlumat veriblər. Onların bildirdiyinə görə, məktəbdə 100-ə yaxın şagird təhsil alır: “Məktəbin belə qəzalı vəziyyətdə olması isə burada təhsil alan şagirdlərin həyatı üçün təhlükə yaradır. Həmçinin 50-ə yaxın şagird qonşu kəndlərdə təhsil almağa gedir”.

Kənd sakinlərinin sözlərinə görə, qışın şaxtalı günlərində vəziyyət daha da çətinləşir: “Təhsil ocağı kəndə qazın verilməsinə baxmayaraq, odun sobası ilə qızdırılır. Bu da taxtadan tikilmiş məktəb üçün yanğın təhlükəsi yaradır”.

Problemlə bağlı rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin tikintisi ilə bağlı yuxarı orqanlara təhsil şöbəsi tərəfindən aidiyyəti üzrə məlumat verilib: “Qərarı gözləyirik”.

Qeyd edək ki, Moranlı kənd orta məktəbi 1988-ci ildə taxta konstruksiyalardan tikilib. İndiyə qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

 





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top