Bakıda 5 marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

İNFRASTRUKTUR 10 yan 2022, 13:42
Bakıda 5 marşrut xətinin hərəkət sxemində dəyişiklik olunub.

Bu barədə Demokrat.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkəti Qara Qarayev prospekti və Babək prospeklərtindən keçməklə təşkil edilib.

70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.

53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.

33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.

Bundna başqa, 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top