Əməkdar artist Novruz Qartal dəfn edildi — YENİLƏNİB

MƏDƏNİYYƏT 09 yan 2022, 13:09
Əməkdar artist Novruz Qartal dəfn olunub.

Demokrat.az xəbər verir ki, mərhum İmamzadə Dini Kompleksində dəfn olunub.

Mərasimində mərhumun yaxınları, aktyorlar, mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər.



11:39
Azərbaycanın Əməkdar artisti Novruz Qartalın dəfn mərasimi keçirilir.


BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, əməkdar aktyor Gəncə şəhərinin İmamzadə qəbristanlığında torpağa tapşırılır.

Əməkdar artistlə vida mərasiminə onun səmət yoldaşları, Gəncə Dram Teatrının aktyorları, rəsmilər iştirak edir. Aktyor uzun sürən xəstəlikdən sonra dünən həyatını itirib.

Qeyd edək ki, Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top