Kür və Arazda balıqlar sürətlə azalır — SƏBƏB (VİDEO)

SOSİAL 09 yan 2022, 09:48
Araz çayında son illər balıqların sayı sürətlə azalır. Həvəskar balıqçılıqla məşğul olanlar mövcud vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Onlar çayda balıqların kütləvi şəkildə azaldığını deyirlər. Hətta elə balıq növləri var ki, onlara artıq rast gəlinmir. Bəs Araz çayında balıqların kütləvi azalmasının səbəbi nədir?

Vaqif Şahbazov həvəskar balıqçıdır. Ömrünün 40 ilə yaxın hissəsinin asudə vaxtlarını Araz çayının kənarında balıq tutmaqla keçirib. Deyir ki, son illər çayda balıq xeyli azalıb.

Bunu digər həvəskar balıqçılar da təsdiqləyirlər. Deyirlər ki, əvvəllər daha çox rast gəlinən "sazan" və "kütüm" balıqlarına həsrət qalıblar.

Balıqçılar Araz çayında balıqların azalmasını əsasən qanunsuz balıq ovu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, xüsusilə də sintetik torlar və elektrikli avadanlıqlar balıqların məhvinə səbəb olur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, son illər nəinki Araz çayında, hətta Kürdə də balıqların azalması müşahidə olunur. Çaylarda sululuq səviyyəsinin düşməsi və bir sıra çaylardakı çirklənmələr bunun başlıca səbəblərindəndir.


Xəzər TV

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top