Rafael Ağayevin rəsmi instaqram hesabı oğurlandı — FOTO

İDMAN 08 yan 2022, 08:56
Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayevin rəsmi instaqram hesabı oğurlanıb.

Demokrat.az xəbər verir ki, o, bu səbəbdən özünə yeni hesab açıb.

İdmançı rəsmi səhifəsini geri qaytarmağa çalışsa da, hələ ki, buna nail ola bilməyib. Məsələ burasındadır ki, hazırda Ağayevin rəsmi səhifəsi (aghayev_rafael) instaqramın axtarış sistemində tapılmır.

Qeyd edək ki, məşhur karateçinin instaqram hesabı 2019-cu ildə rəsmən təsdiqlənmişdi. Həmin vaxt Ağayevin 226 min izləyicisi var idi.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top