Bayramda təcili yardıma müraciətlər artdı — VİDEO

SOSİAL 02 yan 2022, 10:42
Təzyiq qalxdı, temperatur enmədi. Bayram axşamı çox yeyib mədəsindən şikayət edənlər də oldu, zəhərlənənlər də.  Dünəndən Təcili Tibbi yardıma müraciətlərin sayı artıb.  

Kiminin temperaturu, kiminin də təziq artdı, bəzilərinin mədə ağrısı bayram axşamı daha da şiddətləndi,hətta, qidasını qarışdırıb zəhərlənənlər də oldu. 

Bəzi vətəndaşlar yeni ili səhhətində yaranan problemlərlə qarşıladılar. Dünəndən etibarən Təcili Tibbi yardıma müraciətlər çoxalıb. 

Dünən gecə normadan artıq və müxtəlif qidaları qəbul edən vətəndaşlar bu gün səhər Təcili Tibbi yardıma müraciət etməli olublar. 

Təkcə böyüklər deyil, azyaşlılarla bağlı da çağırışlar çoxdur. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat və hospital şöbəsinin böyük həkimi Lamiyə Elişzadə deyir ki, təkcə dünən ümumilikdə 2700-ə yaxın çağırış qəbul ediblər.  

Qeyd edək ki, iki gün ərzində Təcili Tibbi yardıma daxil olan müraciətlər arasında ölüm faktı qeydə alınmayıb.

Xəzər TV

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top