Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 31 dek 2021, 16:57
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 059 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 109, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 309 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 520, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 264 təşkil edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top