Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

SOSİAL 30 dek 2021, 20:50

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, sözügedən şəxslərin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək. Bundan əvvəlki müddət 2021-ci il noyabrın 1-dək idi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top