“Türkiyə PUA-ları Qarabağ zəfərinin qaza­nılmasına böyük töhfə verdi”

HƏRBİ 29 dek 2021, 10:53
"PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qaza­nılmasına böyük töhfə verdi".

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.

"Öncəliklə, Azərbaycan xalqının Qarabağ zəfərini bütün səmimiyyətimlə təbrik edirəm. Bu, bizim üçün də inanıl­maz xoşbəxtlik verən hadisədir. Başda Ali Baş Komandan, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu zəfər üçün gördüyü hazırlıq sonda qalibiyyət gətirdi. Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu. Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu", - o vurğulayıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top