Bu gün MDB ölkələri prezidentlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək

XARİCİ SİYASƏT 28 dek 2021, 10:45
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Demokrat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü olacaq.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, eləcə də bu ölkənin ilk Prezidenti, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top