Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

SOSİAL 27 dek 2021, 21:15

Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Daha sonra yeni seçkilər keçirilib və Şahin Mustafayev yenidən federasiyanın prezidenti seçilib.

Yığıncaqda, həmçinin, Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Tədbirdən sonra federasiya prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top