Azərbaycanda vəzifəli şəxsi maşın vurdu

HADİSƏ 27 dek 2021, 10:40
Bakı-Quba yolunda piyadanı maşın vurub. 

Demokrat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 126-cı km-də qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “JEEP” markalı “10 GD 016” dövlət qeydiyyat nişanlı avtomaşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top