“Aztelekom”a yeni baş direktor təyin olundu

İKT 25 dek 2021, 19:20
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

Təyinatla bağlı faktı "Report"a qurumdan təsdiq ediblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top