NASA “James Webb” teleskopunu kosmosa göndərdi

İKT 25 dek 2021, 18:15
Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) yeni nəsil “James Webb” teleskopunu kosmosa buraxıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu teleskopun kosmosa buraxılması 2021-ci ilin martından sonra dəfələrlə təxirə salınıb.

Teleskopun kabellərində nasazlıq səbəbindən onun buraxılması təxirə salınırdı.

NASA-nın Avropa və Kanada kosmik agentlikləri tərəfindən reallaşan layihə 10 milyard dollara başa gəlib. Teleskopun 1990-cı ildən buraxılması nəzərdə tutulub.

Onun vasitəsilə 13,7 milyard il əvvəl olmuş “Böyük partlayış"dan sonrakı kainatın 200 milyon il sonrakı vəziyyətini araşdıra biləcək. Raketin 2019-cu ildə buraxılması nəzərdə tutlmuşdu, ancaq xətalara görə onun uçuşu 2021-ci ilədək təxirə salınmışdı. Teleskop Cənubi Amerikanın şimal sahillərindən, Fransa Qvianasından “Ariane” raketi ilə buraxılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top